Nazir müavini: 1 milyon 850 mindən çox insana sosial ödənişlərin artırılması nəzərdə tutulur

Nazir müavini: 1 milyon 850 mindən çox insana sosial ödənişlərin artırılması nəzərdə tutulur

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 yanvar 2016-cı il tarixdə imzaladığı sərman və sərəncamlar ölkədə əmək pensiyaçılarının, məcburi köçkünlərin, 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətinda atılan mühüm addımlardır. Trend-in məlumatına görə, bunu yanvarın 18-də keçirdiyi mətbuat konfransında Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev bildirib.

Nazir müavini bildirib ki, Azərbaycan Prezidenti Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında qlobal iqtisadi böhranın, dünyada gedən proseslərdən dolayı ölkəmizdə də manatın məzənnəsinin devalvasiyaya uğramasının milli iqtisadiyyata və əhalinin sosial rifah halına mənfi təsirlərinin aradan qaldırılması məqsədi ilə dövlət orqanlarına bir sıra tapşırıqlar verib. Dövlətimizin başçısı iqtisadi inkişaf templərinin daxili resurslar hesabına, düşünülmüş siyasət, islahatlar, o cümlədən struktur islahatları nəticəsində təmin edilməsini hökumət qarşısında bir vəzifə kimi müəyyənləşdirib: "Azərbaycan Prezidentinin əsas tapşırıqlarından biri də devalvasiyanın əhalinin sosial rifah halına mənfi təsirlərinin minimuma endirilməsi məqsədi ilə pensiya və əməkhaqqının qaldırılması üçün respublika hökuməti tərəfindən təkliflərin hazırlanmasıdır. Tapşırığın icrası olaraq, ilk növbədə devalvasiyanın minimum istehlak səbətinə təsirlərinin öyrənilməsinə başlanılıb, istehlak qiymətləri çox ciddi nəzarətə götürülüb, unun və çörək məmulatlarının qiymətlərinin aşağı salınması məqsədi ilə fiskal tədbirlər həyata keçirilib. Əhalinin aztəminatlı təbəqələrinin alıcılıq qabiliyyətinin artırılması və qiymət artımının təsirlərinin azaldılması məqsədi ilə hökumət tərəfindən bütün sosial ödənişlərin artırılması istiqamətində təkliflər hazırlanıb".

İ.İsayev Azərbaycan Prezidentinin 16 yanvar 2016-cı il tarixdə imzaladığı Fərman və Sərəncamlara toxunaraq diqqətə çatdırıb ki, "Əmək pensiyalarının baza hissəsinin artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2016-cı il tarixli Sərəncamı ilə yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılaraq 110 manat müəyyən edilib. Bu Sərəncamla 1 mln. 271 min nəfər əmək pensiyaçısının pensiyasının baza hissəsi və ona qanunvericiliklə müəyyən edilmiş əlavələr 10 faiz artırılacaq. Birinci qrup gözdən əlillərin və birinci qrup əlil olan digər pensiyaçıların pensiyalarında daha əhəmiyyətli dərəcədə artımlar ediləcək. Artımın maliyyələşdirilməsinə ilin sonunadək 140,8 mln. manat əlavə büdcə vəsaiti sərf olunacaqdır.
Nazir müavini nəzərə çatdırıb ki, Azərbaycan Respublikası Prezidentinin "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün artırılması və "Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü"nün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli 493 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə" 16 yanvar 2016-cı il tarixli Fərmanı ilə Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 10 faiz artırılaraq 2016-cı il fevralın 1-dən 220 manat müəyyən edilib. Bu Fərman Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alan 13487 nəfər şəhid ailəsini əhatə edəcəkdir və həmin artımın maliyyələşdirilməsinə ilin sonunadək 3 mln. manata yaxın əlavə büdcə vəsaiti yönəldiləcək.

İ.İsayev bildirib ki, Azərbaycan Respublikası Prezidentinin "1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması və "1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 19 yanvar tarixli 370 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə" 16 yanvar 2016-cı il tarixli Fərmanı isə 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə verilən təqaüdün məbləğinin artırılmasını nəzərdə tutur. Fərmana əsasən, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə aylıq Prezident təqaüdünün məbləği I qrup əlillər üçün 150 manatdan 165 manata, II qrup əlillər üçün 130 manatdan 143 manata, III qrup əlillər üçün isə 100 manatdan 110 manata qaldırılıb. Bu artımlar 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş 317 nəfər şəxsə şamil olunacaqdır. Onlardan 18 nəfəri I qrup, 190 nəfəri II qrup, 109 nəfəri isə III qrup əlildir.

Azərbaycan Respublikası Prezidentinin "Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında" 16 yanvar 2016-cı il tarixli Sərəncamı isə məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin məbləğinin 2016-cı il fevralın 1-dən 10 faiz artırılmasını nəzərdə tutur. Sərəncam 566 min nəfər məcburi köçkünə şamil olunacaq və onlara yemək xərci üçün verilən aylıq müavinətin məbləğinin artırılmasının maliyyələşdirilməsinə ilin sonunadək 11,3 mln. manata yaxın əlavə büdcə vəsait sərf olunacaqdır.

İ.İsayev vurğulayıb ki, yaxın günlərdə digər sosial ödənişlərin, o cümlədən əmək haqlarının artırılması barədə ardıcıl şəkildə müvafiq fərman və sərəncamların imzalanması, qərarların qəbul olunması, nəticə etibarilə ümumilikdə 3,6 mln. nəfəri əhatə edən sosial ödənişlərin artırılması nəzərdə tutulur. Respublika ictimaiyyəti əmin olmalıdır ki, əhalinin sosial müdafiəsinin etibarlı şəkildə təmin olunması və qiymət artımının sosial rifah halına təsirlərinin minimuma endirilməsi istiqamətində dövlət tərəfindən bütün müvafiq tədbirlərin həyata keçirilməsi təmin olunacaqdır.
Mətbuat konfransı KİV nümayəndələrinin suallarının cavablandırılması ilə davam edib.

Sağlamlıq imkanları məhdud şəxslər həmyaşıdları ilə birlikdə oxuyacaqlar - Deputat
Sağlamlıq imkanları məhdud şəxslər həmyaşıdları ilə birlikdə oxuyacaqlar - Deputat
Mingəçevir Dövlət Universitetində tədris prosesi uğurla davam etdirilir
Mingəçevir Dövlət Universitetində tədris prosesi uğurla davam etdirilir
Baş Prokurorluğun "Facebook" səhifəsi rəsmi olaraq mavi nişan ilə təsdiqlənib
Baş Prokurorluğun "Facebook" səhifəsi rəsmi olaraq mavi nişan ilə təsdiqlənib
Loading Bars
Xəbər lenti
ÜST: Dünyada koronavirusa yoluxanların sayı 577 mindən çox artıb
Paris qondarma "Dağlıq Qarabağ respublikası"nı tanımır - XİN
UEFA Avropa Liqası: "Qarabağ" qrup mərhələsində növbəti matçını keçirib
Türkiyədə koronavirusdan sağalanların sayı 388 mini keçib
Bitkoinin qiyməti kəskin şəkildə düşüb
"Euronews" erməni işğalından azad edilmiş Ağdamdan süjet hazırlayıb (VİDEO)
Ermənistanda rusiyalı hərbçinin meyiti tapılıb
"Belavia" Bakıdan Minskə uçuşları bərpa edir
Çavuşoğlu və Stoltenberq Dağlıq Qarabağı müzakirə ediblər
Sağlamlıq imkanları məhdud şəxslər həmyaşıdları ilə birlikdə oxuyacaqlar - Deputat
Azərbaycan gimnastları Kiyevdə Avropa Çempionatının finalına çıxıb
“ADY Express” Astara terminalında aşırılan yükün həcmini artırıb
Rəqəmsal ödəmələr nə üçün önəmlidir?
Mingəçevir Dövlət Universitetində tədris prosesi uğurla davam etdirilir
Fransa senatının qətnaməsi qərəzlidir - Deputat
Dünya Bankı Azərbaycanda kənd təsərrüfatı layihəsinin müddətini uzadıb
Mətbuat Şurası Fransanın kütləvi informasiya vasitələrinə müraciət edib
Baş Prokurorluğun "Facebook" səhifəsi rəsmi olaraq mavi nişan ilə təsdiqlənib
Koronavirusla bağlı aparılan testlərin bitməsi barədə məlumatlar həqiqəti əks etdirmir - TƏBİB
Azərbaycan Fransaya nota verib
Müasir həllərin inteqrasiyası onlayn satışların artmasına yol açıb
Aİİ-də Vasim Məmmədəliyevin xatirəsinə həsr olunmuş respublika elmi konfransı panellərlə davam edib (FOTO)
Kəlbəcərin danışıqlar masasında geri qayıtarılması diplomatik qələbənin də bizimlə olduğunu göstərir - Deputat
Üç “hər şey” siyasəti və ya Ermənistanın “yandırılmış torpaq” taktikası (FOTO)
Rusiya Müsəlmanlarının Ruhani İdarəsinin və Rusiya Müftilər Şurasının sədri Prezident İlham Əliyevi təbrik edib
Daha 3 şirkət Pirallahı Yüksək Texnologiyalar Parkının rezidenti olub
Ermənistan parlamentində dava (VİDEO)
20 obyektdə epidemiya əleyhinə rejim pozulub - Nazirlik
Maliyyə Nazirliyi 170 min manatdan çox məbləğdə müqavilə imzalayıb
Qarabağda investisiya qoyulması üçün geniş imkanlar yaradılacaq - Mikayıl Cabbarov
iPhone 12 Pro Max və iPhone 12 Mini Azercell Eksklüziv mağazalarında!
Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə COMCEC-in 36-cı sessiyasının açılış mərasimi olub (FOTO)
Koreya səfirliyi məcburi köçkünlərə dəstək tədbirlərini genişləndirəcək (FOTO)
AzTU-nun 70 illiyinə həsr olunan konfrans keçirilib (FOTO)
Noyabrın 27-də manatın dollara qarşı məzənnəsi
Aminin qaytarılması ilə bağlı yayılan məlumatlar yalandır - Əsir əsgərin qohumu
Azərbaycanda 3705 nəfər COVID-19-a yoluxub, 1609 nəfər sağalıb, 32 nəfər vəfat edib
Bu qətnamənin qəbulu Fransa siyasəti və parlamentarizmi üçün olduqca utancverici bir addımdır - Vüqar Rəhimzadə
Azərbaycanda dini tolerantlıq səviyyəsi Fransadan daha yüksəkdir - ISESCO-nun sabiq baş direktoru
Naxçıvanın xarici ticarət dövriyyəsi artıb
Qarabağdakı xristian abidələri qədim Azərbaycan-Albaniya mirasıdır - Yaqub Mahmudov
Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağı diplomatik hədəfinə nail olmağı bacardı - Deputat
İtaliyanın bir sıra bələdiyyələri Azərbaycan xalqı ilə həmrəylik nümayiş etdirən sənədlər qəbul edib
MDB PA-nın 3 daimi komissiyasının videokonfrans formatında iclasları keçirilib
Ermənistanda iqtisadi və siyasi böhran göz qabağındadır - Armen Sarkisyan
PAŞA Bankdan kiçik və orta biznes sahibləri üçün “Black Friday” endirimləri!
Bərpa olunan enerji ilə bağlı pilot layihələrin həyata keçirilməsi üzrə Komissiyanın dördüncü iclası keçirilib (FOTO)
Noyabr ayı üzrə ünvanlı sosial yardımlar ödənildi
Fransa senatının qəbul etdiyi qətnamə ləğv edilməlidir - QHT sədri
Aİİ-də akademik Vasim Məmmədəliyevin xatirəsinə həsr olunmuş respublika elmi konfransı öz işinə başlayıb (FOTO)
Türkiyənin axtarışa verdiyi şəxs Azərbaycanda həbs edildi
Fransa Senatının qətnaməsi bu ölkənin vasitəçi mandatını tabuta qoydu
İsmayıllıda koronavirus xəstəsi barədə cinayət işi başlanıb
Ceyhun Bayramov və Səudiyyə Ərəbistanının xarici işlər naziri telefonla danışıblar
Fransada bir qrup siyasi avantürist ölkənin xarici siyasətini erməni maraqlarının girovuna çevirib - Deputat
Ceyhun Bayramov indoneziyalı həmkarı ilə telefonla danışıb
Fransa tənzimləmənin deyil, problemin bir parçasıdır - Hulusi Akar
Fransa senatının bu addımı Azərbaycana və beynəlxalq hüquqa hörmətsizlikdir - QHT sədri
Ermənilər Ağdamda bütün tarixi abidə və binaları məhv ediblər - Ağdam teatrının direktoru
Səfərbərlik üzrə hərbi xidmətə çağırılan tələbələrə nə vaxtadək məzuniyyət veriləcək? - Nazirlik açıqladı
Fransa Senatının qərəzli addımı siyasi təxribatdır - Siyavuş Novruzov
Ceyhun Bayramovla Əfqanıstanın xarici işlər naziri arasında telefon danışığı olub
Rabitə Nazirliyi startapları maliyyələşdirməyə hazırdır
Azərbaycan yolların keyfiyyətinə görə 141 ölkə arasında 24-cü yerdə qərarlaşıb
Üç rayonda şəhid ailələri və müharibə əlillərinə mənzil və fərdi evlər verilib (FOTO)
İranda koronavirusa yoluxanların sayı 900 min nəfəri keçib
Abşeronda ekoloji problemlərin həlli istiqamətində hansı işlər görülməlidir? - Nazirlik rəsmisindən açıqlama
Hava şəraiti dəyişəcək - Xəbərdarlıq
DİN koronavirusla bağlı vətəndaşlara xəbərdarlıq etdi
Elə təəssürat yaranır ki, 12 ballıq zəlzələ olub - “Associated Press” Ağdamdan yazdı
AQTA ictimai iaşə sahəsində fəaliyyət göstərən sahibkarların maarifləndirilməsini davam etdirir (VİDEO)
İsveçrə bərpa olunan enerji sahəsində Azərbaycanla əməkdaşlıqda potensial görür - Dövlət Katibliyi
“Əminəm ki, belə çətin günlərdə müştərilərə dəstək olmağımızın bəhrəsini yaxın gələcəkdə mütləq görəcəyik”: Dariuş Katsprşik, “AccessBank”ın Müşahidə Şurasının üzvü
KOBİA yanında İctimai Şuranın yeni tərkibi müəyyən olunub (FOTO)
Milli Məclisin Fransa Senatının qətnaməsi ilə bağlı etiraz bəyanatının tam mətni açıqlandı
“Ukrtransnafta” 138 min tona yaxın "Azeri Light" nefti nəql edib
Hostimul Black Friday kampaniyasına start verib
Vasitəçiyə inam yoxdursa, demək o artıq vasitəçi ola bilməz - Əli Əhmədov
Türkiyə və İran səfirləri Qarabağı müzakirə ediblər
Fransa Azərbaycanın etimadına layiq deyil - Fransalı senator
Bərdə-Ağdam dəmir yolu xəttinin tikintisi Qarabağın iqtisadi inkişafına necə təsir edəcək? - Videoşərh
Erməni qoşunlarının bütün terror aktları Avropa ölkələri tərəfindən pislənməlidir - Piter Teys
Bu sənətin arxasınca getdiyim üçün heç vaxt peşman olmamışam - Usta ilə söhbət
Kabel televiziyası operatorları işğal olunmuş ərazilərdə şəbəkələri tam işə salmağa hazırdır
Fransa Senatının Ermənistanı müdafiə etməyə cəhd göstərməsi olduqca gülünc görsənir - Naqif Həmzəyev
Ombudsmanın Cəlilabad Regional Mərkəzi Uşaq Hüquqları Aylığı çərçivəsində onlayn tədbir keçirib
Bu dərsliklərin yenidən yazılması gündəmdədir - Təhsil Nazirliyi
Azərbaycanda qızıl və gümüş bahalaşıb
Fransadakı soydaşlarımız ölkə senatının üzvlərinə müraciət edib
Tibbi maskadan istifadə etməyənlərə qarşı reyd keçirilib (FOTO)
Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə məqsədilə yeni layihənin icrasına başlanıb
Elşad Hacıyev yeni vəzifəyə təyin edildi
Hər bir insana potensial koronavirus daşıyıcısı kimi baxmalıyıq - TƏBİB
Fransa senatı demokratik dəyərlərə xəyanət edib - Türkiyə hökuməti
Sabah Bakıya yağış, rayonlara qar yağacaq
Pambıq yığımında növbəti rekord göstərici qeydə alınıb
Milli Məclis Vətən müharibəsi ilə əlaqədar yeni orden və medalları təsdiqlədi
"Vətən Müharibəsi Qəhrəmanı" adı təsis edildi - Əsasnamə təsdiqləndi
"Buta Airways" İzmir istiqamətində uçuşların sayını artırır
Rusiyada gün ərzində 524 nəfər koronavirusdan öldü
Bütün xəbərlər