...

Kərəm Həsənov Hacıqabulda vətəndaş qəbulu keçirəcək

Cəmiyyət Materials 26 Yanvar 2016 10:04 (UTC +04:00)

Bakı. Trend:

Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov Hacıqabul rayonunda növbəti vətəndaş qəbulu keçirəcək.

Komitədən Trend-ə verilən məlumata görə, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov tərəfindən 29 yanvar 2016-cı il tarixində Hacıqabul rayonunda vətəndaş qəbulu keçiriləcək. Qəbulda Hacıqabul, Şirvan, Neftçala, Salyan, Sabirabad və Saatlı rayonlarından olan vətəndaşların müraciətlərinə baxılacaq.

Vətəndaş qəbulu Hacıqabul şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçiriləcək.

Qəbulda yuxarıda qeyd olunmuş rayonlardan olan vətəndaşlar iştirak edə bilər və yalnız komitənin fəaliyyət sahələrinə aid olan müraciətlərə baxılacaq.

Qəbula yazılmaq istəyən vətəndaşlar komitənin [email protected] elektron ünvanına yaza və aşağıdakı nömrələrlə əlaqə saxlaya bilərlər:

Komitənin Aparatı: (012) 490 24 08 (daxili 105 və 349)
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 13 saylı ərazi idarəsi:
(02120) 4-29-19, (02121) 5-52-45

Məqalədə:
Xəbər lenti

Xəbər lenti