...

Sabah əsl yaz havası olacaq

Cəmiyyət Materials 4 Fevral 2016 13:07
Sabah Bakıda və Abşeron yarımadasında əsl yaz havası yaşanacaq.
Sabah əsl yaz havası olacaq

Trend-i buradan izləyin

Bakı. Trend:

Sabah Bakıda və Abşeron yarımadasında əsl yaz havası yaşanacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında fevralın 5-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək, arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6, gündüz 11-16 dərəcə isti, bəzi yerlərdə 19 dərəcəyədək isti, Bakıda gecə 4-6, gündüz 14-16 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 769 mm civə sütunundan 760 mm civə sütununa enəcək, nisbi rütubət gecə 60-70, gündüz 40-50 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında fevralın 5-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 1-6, gündüz 12-17, bəzi yerlərdə 20 dərəcə isti, dağlarda gecə 0-5, yüksək dağlıq ərazilərdə 5-8 dərəcə şaxta, gündüz 7-12, bəzi yerlərdə 15 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti