...

Paytaxt Bakı Ordumuzun uğurlarını qeyd edir (FOTO/VİDEO)

Cəmiyyət Materials 6 Aprel 2016 13:34 (UTC +04:00)
Bakıda Azərbaycan Ordusunun son günlər cəbhə xəttində əldə etdiyi uğurları qeyd etmək və Ordumuza dəstək göstərmək məqsədilə aksiyalar davam edir.
Paytaxt Bakı Ordumuzun uğurlarını qeyd edir (FOTO/VİDEO)

Bakı. Trend:

Bakıda Azərbaycan Ordusunun son günlər cəbhə xəttində əldə etdiyi uğurları qeyd etmək və Ordumuza dəstək göstərmək məqsədilə aksiyalar davam edir.

Trend-in məlumatına görə, hazırda belə aksiyalardan biri Bakı Metropoliteni - "Elmlər Akademiyası" stansiyasının qarşısında baş tutub.

Xeyli sayda gənc müxtəlif şüarlar səsləndirməklə Ordumuzun uğurunu qeyd edib. Yüksək əhval-ruhiyyə nümayiş etdirirlər.

Hazırda dinc aksiya iştirakçıları polis əməkdaşlarının müşayiəti ilə Şəhidlər Xiyabanı istiqamətində hərəkət edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti