...

QHT-lər arasında atıcılıq çempionatı keçiriləcək

Cəmiyyət Materials 11 Aprel 2016 15:47 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar “QHT-lər arasında atıcılıq çempionatı” təşkil edəcək.
QHT-lər arasında atıcılıq çempionatı keçiriləcək

Bakı. Trend:

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Ulu Öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar "QHT-lər arasında atıcılıq çempionatı" təşkil edəcək.

Şuranın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, çempionat 9 may 2016-cı il tarixində Bakı Atıcılıq Mərkəzində keçiriləcək.

Çempionatda iştirak edəcək hər bir komandada 1-dən 5-ə qədər QHT təmsil oluna bilər. Atıcılıq çempionatında iştirak etmək istəyən QHT-lər komandanın adını, üzvlərinin ad və təvəllüdlərini və əlaqə vasitələrini yazaraq 30 aprel 2016-cı ilədək [email protected] elektron poçtuna göndərməlidirlər.

Yarışda iştirak edəcək komandaların seçimi Azərbaycan Respublikasının Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən aparılacaq.

Binəqədi rayon İcra Hakimiyyətinin təşkilati dəstək verdiyi layihənin koordinatoru Azərbaycan Tələbələr Birliyidir.

Əlaqə vasitələri: (+994) 50 359 89 86, (+994) 12 493 17 80

Məqalədə:
Xəbər lenti

Xəbər lenti