...

"Nar"ın dəstəyi ilə "Rabitə"nin balaca boksçularından ilk uğur (FOTO)

Cəmiyyət Materials 8 İyun 2016 12:38 (UTC +04:00)
Mobil operatorun dəstəyi ilə peşəkar boks məşqlərinə qatılmış balacalar 3 medal qazanıblar
"Nar"ın dəstəyi ilə "Rabitə"nin balaca boksçularından ilk uğur (FOTO)

Bakı. Trend:

"Nar" operatorunun tərəfdaşı olan "Rabitə" idman klubu qələbələr seriyasına davam edir. Boks klubu özünün növbəti uğurunu 1 saylı Uşaq gənclər idman məktəbinin (UGİM) 28 May - Respublika Gününə həsr olunmuş boks üzrə məktəblilər arasındakı açıq birinciliyində qazanıb.

Belə ki, 18-20 may 2016-cı il tarixləri arasında keçirilmiş yarışda iştirak edən "Rabitə" idman klubunun boksçuları 7 qızıl, 4 gümüş və 6 bürünc olmaqla 17 medal əldə ediblər.

Qeyd edək ki, "Nar" və "Rabitə" idman klubunun birgə həyata keçirdikləri "Kimsəsiz uşaqlara və aztəminatlı ailələrin övladlarına dəstək" layihəsinin nəticəsi olaraq bu yarışda iştirak edən 3 azyaşlı idmançı - Rəsul Məmmədov, Fərid Şükürov və Həsən Hüseynov müvafiq olaraq 1-ci, 2-ci və 3-cü yerləri tutmaqla yüksək nailiyyət göstəriblər.

"Nar" operatoru "Rabitə" idman klubunun baş sponsorudur. Bu sponsorluq çərçivəsində mobil operator idman sahəsinə öz əvəzsiz töhfəsini verməklə yanaşı, bir sıra sosial layihələr həyata keçirir. İdman və gənclərin asudə vaxtının səmərəli təşkil edilməsinə yönəlmiş layihə çərçivəsində "Nar" kimsəsiz və aztəminatlı ailələrdən olan uşaqlar üçün "Rabitə" idman klubunda pulsuz peşəkar boks məşqlərinin keçirilməsinə dəstək olur.

Şirkətin Korporativ Məsuliyyət Strategiyası çərçivəsində həyata keçirilən layihələr haqqında daha ətraflı məlumatı nar.az internet səhifəsindən ala bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti