...

UNICEF: Hökumətlər ən həssas vəziyyətdəki uşaqların taleyini dəyişmək üçün seçim etmək istəyir

Cəmiyyət Materials 30 İyun 2016 10:11 (UTC +04:00)
Mərkəzi və Şərqi Avropa, həmçinin Mərkəzi Asiya ölkələrindəki uşaqlar region daxilindəki qeyri-bərabər və ədalətsiz inkişafın cəfasını çəkirlər – onların yoxsulluğa və həssaslığa məruz qalma ehtimalı yetkinlik yaşına çatmışlardan daha çoxdur.
UNICEF: Hökumətlər ən həssas vəziyyətdəki uşaqların taleyini dəyişmək üçün seçim etmək istəyir

Bakı. Trend:

Mərkəzi və Şərqi Avropa, həmçinin Mərkəzi Asiya ölkələrindəki uşaqlar region daxilindəki qeyri-bərabər və ədalətsiz inkişafın cəfasını çəkirlər – onların yoxsulluğa və həssaslığa məruz qalma ehtimalı yetkinlik yaşına çatmışlardan daha çoxdur. Trend xəbər verir ki, bu barədə UNICEF-in hesabatında bildirilir.

2016-cı ildə dünya uşaqlarının vəziyyəti – hər bir uşaq üçün ədalətli şans, UNICEF-in illik əsas hesabatında dünyada uşaqlarla bağlı ciddi irəliləyişin olduğu vurğulanır. Bununla belə, hesabatda həmçinin qeyd edilir ki, dünya ən əlverişsiz şərtlər altında yaşayan uşaqların acınacaqlı vəziyyətinə daha çox diqqət cəmləşdirməsə, 2030-cu ilədək, yəni Dayanıqlı İnkişaf Məqsədlərinin hədəf aldığı tarixədək, beş yaşından kiçik 69 milyon uşaq qarşısının alınması maksimum mümkün olan səbəblərdən dünyasını dəyişəcək, 167 milyon uşaq yoxsulluq şəraitində yaşayacaq, 750 milyon qadın isə yetkinlik yaşına çatmadan ailə qurmuş olacaq.

Bu regionda tərəqqi bərabər və ədalətli baş verməyib. Bunun cəfasını uşaqlar çəkirlər: onların yoxsulluq şəraitində yaşama ehtimalı yetkinlik yaşına çatmışlardan çoxdur. Bu hal hətta Avropa İttifaqının bir çox ölkələrində də mövcud olsa da, ən böyük risk altında olan region Şərqi Avropadır. Səyyar halda yaşayan və Avropada sığınacaq axtaran qaçqın və miqrant uşaqlar cəmiyyətin ən təcrid olunmuş qrupları arasındadırlar.

“Regiondakı ölkələr bir seçimlə üz-üzədirlər – bu gün əlçatmaz olanı əldə etmək kimi hədəflər müəyyənləşdirməklə cəmiyyətdə ən çox sıxışdırılmış vəziyyətdə olan uşaqlara investisiya yatıranlar sabah bunun bəhrəsini görəcəklər. Parçalanmış və ədalətsiz cəmiyyətlərlə məşğul olmaq istəməyənləri qeyri-bərabər inkişaf uzaqlaşdırır. Qeyri-bərabərlik labüd deyil, biz onunla mübarizəni seçə bilərik” – bunu Qaçqın və Miqrant Böhranları üzrə Regional Direktor və Xüsusi Koordinator Marie-Pierre Poirier deyib.

Sıxışdırılmış icmalardan olan uşaqlar, xüsusilə, Avropa hüdudlarındakı qaraçı uşaqlar səhiyyə sahəsində ciddi qeyri-bərabərliklə üzləşirlər. 2012-ci ildən etibarən, Cənub-Şərqi Avropadakı bir ölkədə qaraçı uşaqların yalnız 4 faizi tam şəkildə immunlaşdırılmışdır. Digər uşaqlar arasında bu rəqəm 68 fazi təşkil etmişdir.

Ümumilikdə, regionda 12 milyon məktəbə getməyən məktəb yaşlı uşaq, məktəbi erkən yaşda tərk etmək riski ən yüksək səviyyədə olan uşaq vardır. Onların yetkinlik yaşına çatmış ailə üzvləri cəmiyyətin ən yoxsul vəziyyətdə yaşayan insanları, həmçinin etnik və dil azlıqlarına mənsub şəxslərdir. Yoxsulluq və ehtiyac həmçinin uşaqları dövlət uşaq müəssisələrinə sürükləyir. Ümumilikdə regionda təqribən 1,3 milyon uşaq dövlət uşaq müəssisələrinin himayəsindədir: bu uşaqların yarısı onların sağlamlığına, inkişafına və perspektivlərinə xələl gətirə biləcək uşaq müəssisələrində yaşayırlar. Baxmayaraq ki, islahatlar həyata keçirilir və yeni xidmətlər vasitəsilə institusional qayğı müəssisələrinə alternativlər təqdim edilir, bununla belə, əlilliyi olan uşaqların bundan faydalanmaq imkanı ən aşağı səviyyədədir.

Regiondakı bir çox ölkələr bu probemlərlə mübarizə aparmaqda və uşaqların sosial müdafiəsini gücləndirməkdədir. Bu, bir çox hallarda UNICEF-in və tərəfdaşlarının dəstəyi ilə baş tutur. Həssas qruplar üçün dövlət tərəfindən subsidiyalaşan, uşaqları pulsuz səhiyyə qayğısı ilə təmin edən sağlamlıq sığortası planları yaranmaqdadır (məsələn, Belarus, Xorvatiya, Rumıniya və Serbiyada).

Keçmiş Makedoniya Yuqoslav Respublikası, Rumıniya və Ukraynada rumın səhiyyə və icma mediatorları qaraçı əhaliyə müxtəlif xidmətlərdən istifadə etmək üçün kömək göstərməkdədirlər. Qırğızıstanda həyata keçirilmiş bir kampaniya minlərlə kənd yerində yaşayan insanı icma səviyyəsində subyektlər və yerli radio vasitəsilə onlar üçün mövcud faydalar barədə məlumatlandırmışdır.

Monteneqroda bir ictimai maarifləndirmə kampaniyası əlilliyi olan uşaqlar üçün təhsilə münasibəti dəyişdirməyə nail olmuşdur: 2015-ci il seçkiləri nəticəsində məlum olmuşdur ki, Monteneqro sakinlərinin 78 faizi inklüziv təhsili dəstəkləyir. Bu rəqəm 2010-cu ildə 35 faiz olmuşdur.

Rəqəmli və mobil texnologiyaların, eləcə də digər innovasiyaların inkişafı həssas uşaqlar və onların ayrılmaq riski altında olan ailələri üçün dəstək xidmətləri əldə etməyi asanlaşdırmışdır.

Hesabata əsasən, uşaqlar üçün bərabərliyə nail olmaq prioritet məsələlərdən biri olub, ən çox ehtiyac içində olan uşaqlara investisiya qoyulmasının həm mənəvi, həm də strateji əhəmiyyətini təsdiq edir. Bura aşağıdakılar daxildir:

Uşaqları onların ehtiyac duyduğu dəstəkdən uzaq salan və onların ən vacib imkanlardan və xidmətlərdən istifadəsinin qarşısını alan maneələrin və əngəllərin, o cümlədən sosial normaların aradan qaldırılması;

Əlilliyi olan uşaqlar, qaraçı ailələrindən olan uşaqlar və yoxsul ailələrdən olan uşaqlar kimi cəmiyyətdə ən əlverişsiz vəziyyətdə olan uşaqların həyatını yaxşılaşdırmaq məqsədi ilə, müvafiq proqramlar və dövlət xərcləmələri vasitəsilə öhdəliklərin praktik şəkildə həyata keçirilməsi. Bura həmçinin həssas uşaqların sosial müdafiəsinin gücləndirilməsi və genişləndirilməsi daxildir.

Diqqət mərkəzində uşaqlar dayanan siyasətlərə investisiya yatıran hökumətlər və donorlar.

Müharibə və münaqişələrdən, yaxud iqtisadi çətinliklərdən qaçmış uşaqlara, o cümlədən qaçqın və ya miqrant uşaqlara mənfi təsir göstərən münaqişə və zorakılığa son verilməsi ilə bağlı öhdəliklərin götürülməsi.

UNICEF haqqında

UNICEF olaraq, həyata keçirdiyimiz bütün fəaliyyətlərdə uşaqların hüquqlarına və rifahına kömək edirik. Tərəfdaşlarımızla birlikdə öhdəlikləri praktik şəkildə həyata keçirmək üçün dünyanın 190 ölkəsində və digər ərazilərində çalışırıq və dünyanın hər yerində uşaqların maraqları naminə, xüsusi səylərimizi ən həssas və təcrid olunmuş vəziyyətdə olan uşaqlarla işləməyə yönəldirik. UNICEF və fəaliyyəti haqqında daha ətraflı məlumat üçün www.unicef.org internet səhifəsini ziyarət edin.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti