...

11-cilərin 20 faizə yaxını “Ana dili”, bir o qədəri də “Riyaziyyat”dan “2” aldı

Cəmiyyət Materials 4 İyul 2016 15:15 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) bu il tam orta təhsil bazası üzrə keçirdiyi buraxılış imtahanlarında şagirdlərin 18.34 faizi “Ana dili” fənnindən, 18.96 faizi “Riyaziyyat” fənnindən “iki” qiyməti alıb.
11-cilərin 20 faizə yaxını “Ana dili”, bir o qədəri də “Riyaziyyat”dan “2” aldı

Bakı. İlhamə İsabalayeva - Trend:

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) bu il tam orta təhsil bazası üzrə keçirdiyi buraxılış imtahanlarında şagirdlərin 18.34 faizi “Ana dili” fənnindən, 18.96 faizi “Riyaziyyat” fənnindən “iki” qiyməti alıb.

Komissiyadan Trend-ə bildirilib ki, imtahan verən 84589 nəfər XI sinif şagirdinin 23.72 faizi xarici dildən, 27.64 faizi kimyadan “iki” qiyməti alıb.

İmtahanda iştirak edən 11-ci sinif şagirdlərinin 33.64 faizi “Ana dili” fənnindən, 31.48 faizi “Riyaziyyat”dan, 35.31 faizi “Xarici dil”dən, 53.05 faizi “Kimya”dan “üç” qiyməti alıb.

Məzunların 28.46 faizi “Ana dili” fənnindən, 29.43 faizi “Riyaziyyat”dan, 20.70 faizi “Xarici dil”dən, 13.08 faizi “Kimya”dan “dörd” qiyməti alıb.

Şagirdlərin 19.56 faizi “Ana dili” fənnindən, 20.13 faizi “Riyaziyyat”dan, 20.27 faizi “Xarici dil”dən, 6.24 faizi “Kimya”dan “beş” qiyməti alıb.

Ümumilikdə 84438 şagird “Ana dili”, 84589 şagird “Riyaziyyat”, 83916 şagird “Xarici dil”, 673 şagird “Kimya”dan imtahan verib.

Qeyd edək ki, tədrisi ingilis dilində olan orta məktəblərdə ana dili fənni üzrə yekun qiymətləndirmə orta ümumtəhsil müəssisəsi tərəfindən aparılır.

Xı sinif məzunları buraxılış imtahanlarını "Ana dili", "Riyaziyyat" və "Xarici dil" fənləri (xarici dil tədris olunmayan məktəblərdə isə kimya) üzrə verirlər.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) respublikanın orta ümumtəhsil müəssisələrində mərkəzləşdirilmiş qaydada buraxılış imtahanlarını iyunun 16, 21, 25, 30-da keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti