...

Azərbaycanda buraxılış imtahanlarında yüksək nəticə göstərən şəhərlərin adları açıqlanıb

Cəmiyyət Materials 4 İyul 2016 16:40 (UTC +04:00)
Builki buraxılış imtahanlarında Təhsil Nazirliyinin birbaşa tabeliyində olan liseylər, özəl təhsil müəssisələri və hərbi liseylərin, həmçinin Bakı, Gəncə, Naxçıvan, Sumqayıt, Mingəçevir şəhərlərinin, o cümlədən Abşeron, Qax, Oğuz, Qubadlı, Xızı, Şahbuz, Şərur rayonlarının ümumi təhsil məktəblərinin göstəriciləri yüksək olub.
Azərbaycanda buraxılış imtahanlarında yüksək nəticə göstərən şəhərlərin adları açıqlanıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Builki buraxılış imtahanlarında Təhsil Nazirliyinin birbaşa tabeliyində olan liseylər, özəl təhsil müəssisələri və hərbi liseylərin, həmçinin Bakı, Gəncə, Naxçıvan, Sumqayıt, Mingəçevir şəhərlərinin, o cümlədən Abşeron, Qax, Oğuz, Qubadlı, Xızı, Şahbuz, Şərur rayonlarının ümumi təhsil məktəblərinin göstəriciləri yüksək olub.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, Dövlət İmtahan Mərkəzinin Azərbaycan Respublikası Təhsil Nazirliyinə təqdim etdiyi məlumata əsasən, IX siniflər üzrə buraxılış imtahanlarında 104 476 nəfər məzun iştirak edib. Məzunların 70 262 nəfəri və ya 67,3 faizi bütün fənlərdən müsbət qiymət alıb. Bu göstərici ötənilki göstəricidən 2,7 faiz daha yaxşıdır.

XI siniflər üzrə imtahanlarda 84 589 nəfər məzun iştirak edib. Bu məzunların 54 704 nəfəri və ya 64,7 faizi bütün fənlərdən müsbət qiymət alıb. XI sinif buraxılış imtahanları üzrə ötənilki nəticələrlə müqayisədə əsaslı dəyişiklik qeydə alınmayıb.

Ötən il buraxılış imtahanlarına xarici dil (və ya kimya) fənni üzrə kafi qiymət almaq üçün 6 suala doğru cavab verilməsi tələb olunurdusa, cari ildə bu tələb 7 doğru cavaba qədər artırılıb.

NazirIikdən bildirilib ki, X sinif imtahanlarının nəticələri son 4 ildə davamlı olaraq yaxşılaşmaqdadır. Bütün fənlərdən müsbət qiymət alan məzunların faiz göstəricisi 2012-ci il ildə 50,3 idisə, 2016-cı ildə bu göstərici 67,3 faizə qədər yüksəlib.

11-cilərin 20 faizə yaxını “Ana dili”, bir o qədəri də “Riyaziyyat”dan “2” aldı

11-cilərin 20 faizə yaxını “Ana dili”, bir o qədəri də “Riyaziyyat”dan “2” aldı

Azəbaycan Respublikasının təhsil nazirinin “Ümumi təhsil üzrə inkişafyönlü tədbirlər haqqında” əmrinə əsasən 2015-2016-cı tədris ilində Ağcabədi, Astara, Cəlilabad, Masallı, Saatlı və Sabirabad rayonlarında inkişafyönlü tədbirlər həyata keçirilib. Sevindirici haldır ki, bu rayonlar üzrə məzunların nəticələri əsaslı şəkildə yaxşılaşıb. Ötən il ilə müqayisədə hər iki fənn üzrə müsbət qiymət alanların sayında Astara rayonu üzrə 22 faiz, Ağcabədi rayonu üzrə 15 faiz, Sabirabad rayonu üzrə 14 faiz, Masallı rayonu üzrə 11 faiz, Cəlilabad və Saatlı rayonlarının hər biri üzrə 9 faiz artım müşahidə edilib.

Bununla yanaşı, digər bölgələrdə də IX sinif məzunlarının nəticələri yaxşılaşıb. Belə ki, Şəmkirdə 13 faiz, Gədəbəydə 10 faiz, Lerikdə 9 faiz, Salyanda 8 faiz, Hacıqabul, Beyləqan, İmişli, Zaqatala, və Qobustan rayonlarının hər biri üzrə 7 faiz müsbət dinamika qeydə alınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti