...

Nəqliyyat Agentliyi: Taksi-minik avtomobilləri və avtobuslarla bağlı monitorinq aparılacaq

Cəmiyyət Materials 15 Avqust 2016 13:44 (UTC +04:00)
Bakıda fəaliyyət göstərən taksi-minik avtomobilləri və avtobuslarla bağlı monitorinq aparılacaq.
Nəqliyyat Agentliyi: Taksi-minik avtomobilləri və avtobuslarla bağlı monitorinq aparılacaq

Bakı. Elçin Mehdiyev – Trend:

Bakıda fəaliyyət göstərən taksi-minik avtomobilləri və avtobuslarla bağlı monitorinq aparılacaq. Trend-in məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin baş drektorunun müşaviri Mübariz Abbasov deyib.

O bildirib ki, monitorinqin məqsədi taksi-minik avtomobilləri və avtobusların standartlara cavab verməsini müəyyən etməkdir.

M.Abbasov bildirib ki, Bakıda və Abşeronda 16 mindən artıq taksi-minik avtomobili, 2300-dən çox orta və iri tutumlu avtobuslar var: “Bakı şəhərinin inzibati ərazisində daşıma fəaliyyəti həyata keçirən 53 hüquqi və fiziki şəxsə məxsus nəqliyyat vasitələrinə, eyni zamanda, istehsalat bazalarında monitorinq aparılacaq. Nəqliyyat vasitələrinin istismara yararlı olub-olmaması vacibdir”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti