...

Azərbaycanda boşanma və selektiv abortlarla bağlı durum necədir?

Cəmiyyət Materials 3 Oktyabr 2016 12:14 (UTC +04:00)
Azərbaycanda boşanma və selektiv abortlarla bağlı vəziyyətin öyrənilməsi məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) boşanma və selektiv abortlarla bağlı sorğular keçirir.
Azərbaycanda boşanma və selektiv abortlarla bağlı durum necədir?

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda boşanma və selektiv abortlarla bağlı vəziyyətin öyrənilməsi məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) boşanma və selektiv abortlarla bağlı sorğular keçirir.

Komitədən Trend-ə verilən məlumata görə, Azərbaycanda boşanma və selektiv abortların baş vermə səbəblərini, bu məsələlərdən yaranan nəticələri araşdırmaq və təhlillər aparmaq, insanların bunlara olan münasibətlərini öyrənmək məqsədilə AQUPDK tərəfindən boşanmalar və selektiv abortlarla bağlı sorğu anketləri hazırlanıb. Sorğunun nəticələrinə əsasən, bu problemlər cavablara uyğun olaraq öyrəniləcək və müvafiq istiqamətlər üzrə tədbirlər görüləcək.

Sorğuda müxtəlif yaş təbəqəsindən olan vətəndaşlar iştirak edə bilərlər. Sorğunu cavablandırmaq üçün Komitənin rəsmi saytında “Sorğuda iştirak edin” (ttp://scfwca.gov.az/?page_id=14666, https://docs.google.com/forms/d/e/1FAIpQLSeDDr6KbnPNwckpne5xyyW3qJbM7KRNiGPH2U-bLufJGsqU4g/viewform, https://docs.google.com/forms, /d/e/1FAIpQLSd3mu2yBkc_cNB5vkv48QQs8xZKSsRYt8qQRBIVzwQqqy2jnw/viewform, https://www.facebook.com/AilQadinVUsaqProblemlriUzrDovltKomitsi/)

bölməsinə daxil olmaq lazımdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti