...

“ASAN xidmət”də 9 noyabr qeyri-iş günüdür

Cəmiyyət Materials 8 Noyabr 2016 11:22 (UTC +04:00)
“ASAN xidmət” mərkəzlərində 9 noyabr qeyri-iş günüdür.
“ASAN xidmət”də 9 noyabr qeyri-iş günüdür

Bakı. Trend:

“ASAN xidmət” mərkəzlərində 9 noyabr qeyri-iş günüdür.

ASAN-dan Trend-ə verilən məlumata görə, 9 noyabr - Dövlət Bayrağı Günü münasibəti ilə "ASAN xidmət" mərkəzlərində qeyri-iş günüdür. 10 noyabr tarixindən etibarən isə vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.

Qeyd edək ki, hazırda respublika ərazisində 11 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 5-i paytaxt Bakı şəhərində olmaqla, digərləri Sumqayıt, Gəncə, Sabirabad, Bərdə, Qəbələ və Masallıdadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti