...

Zəhərli maddələrin siyahısına daxil olan dərmanları sata bilən apteklərin siyahısı hazırlanıb

Cəmiyyət Materials 2 Dekabr 2016 17:25 (UTC +04:00)
Aərbaycanda narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin və zəhərli maddələrin siyahıya daxil olan dərman vasitələrinin qanunvericiliklə saxlanılması və satışı tələblərinə cavab verən əczaçılıq müəssisələrinin siyahısı hazırlanıb.
Zəhərli maddələrin siyahısına daxil olan dərmanları sata bilən apteklərin siyahısı hazırlanıb

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin və zəhərli maddələrinə daxil olan dərman vasitələrinin qanunvericiliklə saxlanılması və satışı tələblərinə cavab verən əczaçılıq müəssisələrinin siyahısı hazırlanıb.

Bu barədə Trend-ə Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilib ki, “Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında” qanuna əsasən, həmin siyahıya daxil olan dərman vasitələrinin qanunvericiliklə saxlanılması və satışı tələblərinə cavab verən əczaçılıq müəssisələrinin siyahısı hazırlanaraq Analitik Ekspertiza Mərkəzinə və Respublika Narkoloji Mərkəzinə təqdim olunub. Məqsəd tibbi göstərişi olan xəstələrə belə dərman vasitələrinin istifadəsinin əlçatanlığını təmin etməkdir.

Qeyd edək ki, SN-nin Analitik Ekspertiza Mərkəzində Respublika Narkoloji Mərkəzinin, İnnovasiya və Təchizat Mərkəzinin, çoxsaylı aptek şəbəkəsinə malik iri topdansatış əczaçılıq şirkətlərinin rəhbərlərinin iştirakı ilə toplantı keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti