...

Marina Durunda İslam Həmrəyliyi Oyunlarında "Sarı gəlin" sədaları altında çıxış edəcək (FOTO)

Cəmiyyət Materials 9 May 2017 13:07 (UTC +04:00)
Marina Durunda Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında 4 yeni proqram təqdim edəcək.
Marina Durunda İslam Həmrəyliyi Oyunlarında "Sarı gəlin" sədaları altında çıxış edəcək (FOTO)

Bakı. Yelena Kosolapova - Trend:

Azərbaycanın bədii gimnastika komandasının lideri, Avropa Oyunlarının gümüş mükafatçısı Marina Durunda Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarında 4 yeni proqram təqdim edəcək.

M.Durunda Trend-ə müsahibəsində deyib: "Bu il 4 yeni proqram təqdim edəcəyəm. Düşünürəm ki, onlardan biri - Azərbaycanın xalq mahnısı "Sarı gəlin"in sədaları altında topla hərəkətlərimi tamaşaçılar yaxşı qarşılayacaqlar".

Gimnast bildirib ki, ay yarım əvvəl Fransadakı yarışlar zamanı əlindən zədə aldığı üçün hələ bu proqramları beynəlxalq arenada təqdim edə bilməyib.

O qeyd edib ki, İslam Oyunlarında maksimum nəticə göstərmək üçün əlindən gələni edəcək:

"Əlbəttə ki, bütün 4 alət üzrə yaxşı çıxış etmək, finallara yüksəlmək və bütün proqramlar üzrə qızıl medal qazanmaq istəyirəm. Həmçinin komanda yarışında qızıl medal uğrunda mübarizə aparacağıq".

M.Durunda deyib ki, ona İslam Həmrəyliyi Oyunları kimi irimiqyaslı yarışlarda iştirak etmək həmişə maraqlıdır.

Qeyd edək ki, açılış günü mayın 12-də baş tutacaq Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək Azərbaycan paytaxtında 16 yarış obyektində 17 Olimpiya və 3 qeyri-olimpiya növü olmaqla, 20 idman növü üzrə keçiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti