...

Azərbaycan cüdoçusu FİNALDA

Cəmiyyət Materials 13 May 2017 10:57 (UTC +04:00)
Azərbaycan cüdoçusu IV İslam Həmrəyliyi Oyunları çərçivəsində bu gün cüdo üzrə keçirilən yarışlarda finala çıxıb.
Azərbaycan cüdoçusu FİNALDA

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan cüdoçusu IV İslam Həmrəyliyi Oyunları çərçivəsində bu gün cüdo üzrə keçirilən yarışlarda finala çıxıb.

Trend-in məlumatına görə, finala vəsiqə qazanan idmançımız Aişə Qurbanlı 48 kq çəki dərəcəsində yarımfinalda iordaniyalı cüdoçu Aiah Kitaneh ilə qarşılaşıb.

İdmançımız rəqibi üzərində qələbə qazanaraq finala yüksəlib.

Qeyd edək ki, Bakı-2017 İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti