...

İdman və akrobatika gimnastikası üzrə Azərbaycan çempionatlarının ilk gününün qalibləri mükafatlandırılıb (FOTO)

İdman Materials 17 Noyabr 2017 21:00 (UTC +04:00)
Qadın və kişi idman gimnastikası üzrə Azərbaycan çempionatı və Bakı birinciliyi, eləcə də akrobatika gimnastikası üzrə Azərbaycan çempionatının qalibləri mükafatlandırılıblar.
İdman və akrobatika gimnastikası üzrə Azərbaycan çempionatlarının ilk gününün qalibləri mükafatlandırılıb (FOTO)

Bakı. Maksim Tsurkov - Trend:

Bu gün Bakıda Milli Gimnastika Arenasında qadın və kişi idman gimnastikası üzrə Azərbaycan çempionatı və Bakı birinciliyi, eləcə də akrobatika gimnastikası üzrə Azərbaycan çempionatının qalibləri mükafatlandırılıblar.

Trend-in məlumatına görə, kişi cütlüyü üzrə akrobatika gimnastikası yarışlarında Murad Əkbərov-Seymur Cəfərov, qadınlara arasında Raziyə Seyidli - Ləman Məmmədova - Emiliya Nəzərli üçlüyü, qarışıq cütlüklər arasında isə Əl Məşayxi Abdulla- Ruhidil Qurbanlı cütlüyü çempion olub. Nurcan Cabbarlı - Agasif Rəhimov cütlüyü isə ikinci yerə sahiblənib.

Kişi idman gimnastikası üzrə balalar (2009-2010) yaş kateqoriyasında Hüseyn Xəlilov qızıl medal qazanıb. David Məmmədov ikinci, Rəsul Acalov üçüncü yerdə qərarlaşıblar.

Balacalar (2006-2007) yaş kateqoriyasında Şamxal Əhmədov qızıl, Adil Paşayev gümüşə yiyələniblər.

Yeniyetmələr (2007-2008) arasında isə Rizvan Tağızadə qızıl, Çingiz Vəliyev gümüş, Əli Xəlilov bürüncə sahib çıxıblar.

Qadın idman gimnastikasında isə uşaqlar (2008-2009)yaş kateqoriyasında Məryəm Musayeva birinci olub. 4 hərəkət üzrə ikinci Dəniz Əliyeva, üçüncü isə Kristina Osekina olub.

Qızlar arasında yeniyetmələr (2007-2008) yaş kateqoriyasında Nazənin Teymuraova qızıl, Duyğu Məcidzadə gümüş, Fatimə Hüseynli bürüncə sahib çıxıblar.

Nəhayət 2004-2006 yaş kateqoriyasında Valeriya Şulyayeva qalib, Milana Minakovskaya ikinci, Nuray Nurməmmədli üçüncü olub.

2 gün davam edəcək turnirdə ümumilikdə 150-dən çox idmançı çempion adı uğrunda mübarizə aparacaq. Onlar Bakı Gimnastika Məktəbi, "Ocaq Sport" Klubu, Respublika Olimpiya İdman Liseyi və Sumqayıt şəhərini təmsil edirlər.

Yarışların ikinci günü uşaqlar (2004-2005), yeniyetmələr (2002-2004), gənclər (2000-2002) və böyüklər (1999-cu il təvəllüdlülər və daha böyüklər) yaş kateqoriyalarında kişi idman gimnastları, həmçinin 2009-2010-cu il təvəllüdlü qadın idman gimnastları çıxış edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti