...

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru və Himayəçilər Şurasının üzvləri təyin edilib

Cəmiyyət Materials 22 Dekabr 2017 16:34 (UTC +04:00)
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) tabeliyində yaradılmış Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru və Himayəçilər Şurasının üzvləri təyin edilib.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru və Himayəçilər Şurasının üzvləri təyin edilib

Bakı. Trend:

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) tabeliyində yaradılmış Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru və Himayəçilər Şurasının üzvləri təyin edilib.

DQİDK-dən Trend-ə verilən məlumata görə, Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının imzaladığı əmrə əsasən ilahiyyat elmləri üzrə fəlsəfə doktoru Mehman İsmayılov icraçı direktor vəzifəsinə təyin edilib. M.Q.İsmayılov indiyədək Dövlət Komitəsinin Zaqatala bölgəsi üzrə şöbəsinin müdiri vəzifəsində çalışıb.

Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Salman Musayev Fondun Himayəçilər Şurasının sədri, üzvlüyünə isə Milli Məclisin deputatı Sahibə Qafarova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru və AMEA-nın Humanitar elmlər bölməsinin akademik katibi Teymur Həşim oğlu Kərimli və “Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev təyin ediliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti