...

DİQQƏT! "HP Azerbaijan" bu batareyaları geri çağırdı - Yanma təhlükəsi var

Cəmiyyət Materials 19 Yanvar 2018 22:02 (UTC +04:00)
HP şirkəti Azərbaycanda qüsurlu noutbuk batareyalarını geri çağırıb.
DİQQƏT! "HP Azerbaijan" bu batareyaları geri çağırdı -  Yanma təhlükəsi var

Bakı. Hüseyn Vəliyev - Trend:

HP şirkəti Azərbaycanda qüsurlu noutbuk batareyalarını geri çağırıb.

Trend-in məlumatına görə, yanma təhlükəsi yaratması səbəbindən geri çağırılan batareyalar 2015-ci ilin dekabrından 2017-ci ilin dekabrınadək noutbuklarla komplektdə satılıb.

Bu vasitələr eləcə də aksesuar kimi satılıb və ya şirkətin səlahiyyətli nümayəndəlikləri tərəfindən əvəzedici kimi təqdim edilib.

Bildirilir ki, istifadəçilər batareyanın dəyişdirilməsi məsələsi ilə əlaqədar HB xidmət mərkəzlərinə müraciət edə bilər.

Qeyd edək ki, qüsurlu batareyalar aşağıdakı HP noutbuklarında ola bilər:

- HP ProBook (64x seriyalı G2 & G3, 65x seriyalı G2 & G3),

- HP x360,

- HP ENVY m6,

- HP Pavilion x360,

- HP 11,

- HP ZBook (17 G3, 17 G4 və Studio G3).

Məqalədə:
Xəbər lenti

Xəbər lenti