...

Abşeronda soyuq hava dalğalarının sayı azalıb

Cəmiyyət Materials 24 Yanvar 2018 16:24 (UTC +04:00)
1991-2015-ci illərdə Abşeron yarımadasında soyuq hava dalğalarının orta sayında və davamiyyətində azalma müşahidə olunub.
Abşeronda soyuq hava dalğalarının sayı azalıb

Bakı. İlhamə İsabalayeva - Trend:

1991-2015-ci illərdə Abşeron yarımadasında soyuq hava dalğalarının orta sayında və davamiyyətində azalma müşahidə olunub.

Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyası Yer Elmləri Bölməsinin akademik - katibi, akademik Fəxrəddin Qədirov Rəyasət Heyətinin bugünkü iclasında çıxışı zamanı bildirib.

O qeyd edib ki, Abşeron yarımadasında soyuq hava dalğalarını səciyyələndirmək üçün meyarlar-sinoptik şərait, külək və havanın temperaturu işlənilib, sərhəd göstəricilər (temperaturun 0 dərəcə selsi və daha az, şaxtalı dövrün iki gün və daha az olması) müəyyən edilib. Bununla yanaşı, bu dalğaları şərtləndirən sinoptik proseslər və onların təkrarlanması və davamiyyəti öyrənilib.

Araşdırmalar zamanı 1961-1990-cı illərlə müqayisədə 1991-2015-ci illərdə soyuq hava dalğalarının orta sayında və davamiyyətində azalmanın olduğu müəyyən edilib.

F.Qədirov əlavə edib ki, Xəzər dənizindəki güclü zəlzələ ocaqlarının kinomatik və dinamik parametrləri təyin edilərək dərinlik qırılmalarının seysmik aktiv hissələri və yatma elementləri dəqiqləşdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti