...

Dövlət Sanitariya-Epidemioloji Xidmətinin vəzifələrindən biri ləğv edilib

Cəmiyyət Materials 9 Fevral 2018 15:08 (UTC +04:00)
Qida Təhlükəsizliyi Agentliyinin yaradılması ilə əlaqədar Dövlət Sanitariya-Epidemioloji Xidmətinin vəzifələrindən biri ləğv edilib.
Dövlət Sanitariya-Epidemioloji Xidmətinin vəzifələrindən biri ləğv edilib

Bakı. İlhamə İsabalayeva - Trend:

Qida Təhlükəsizliyi Agentliyinin yaradılması ilə əlaqədar Dövlət Sanitariya-Epidemioloji Xidmətinin vəzifələrindən biri ləğv edilib.

Trend-in məlumatına görə, bununla bağlı “Sanitariya- epidemioloji salamatlıq haqqında” qanuna dəyişikliklər edilir.

Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında bildirilib ki, Dövlət Sanitariya-Epidemioloji Xidmətinin vəzifələrindən biri dövlət sərhədinin buraxılış məntəqələrində istisna olmaqla, Azərbaycan ərazisinin sağlamlıq üçün təhlükəli ərzaq məhsullarının idxalından sanitariya mühafizəsi olub. Xidmətin bu vəzifəsi ləğv edilir.

Bu vəzifəni Qida Təhlükəsizliyi Agentliyi həyata keçirəcək. Dövlət sanitariya nəzarəti artıq qida məhsullarına şamil edilməyəcək.

Xəbər lenti

Xəbər lenti