...

Binəqədidə hərbi vətənpərvərlik mövzusu müzakirə edilib (FOTO)

Cəmiyyət Materials 14 Fevral 2018 15:38 (UTC +04:00)
Binəqədi rayonunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yaradılmasının VI ildönümü münasibətilə tədbir keçirilib.
Binəqədidə hərbi vətənpərvərlik mövzusu müzakirə edilib (FOTO)

Bakı. Trend:

Binəqədi rayonunda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) yaradılmasının VI ildönümü münasibətilə tədbir keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Binəqədi RİH başçısının birinci müavini İlqar Süleymanov, Səfərbərlik və hərbi çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsinin rəisi Novruz Rəhimov, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Elman Dadaşov, Hüquq şöbəsinin müdiri Yunis Hüseynov, Aprel döyüşlərinin şəhidləri olmuş - Fəxrəddin Qurbanlının və Emin Bağırovun valideynləri Seyfəddin Qurbanov və İmran Bağırov, SHXÇDX –nin Binəqədi rayon idarəsinin əməkdaşları, müvafiq ictimai birliklərin rəhbərləri, Binəqədi rayonu məktəblərinin hərbi rəhbər müəllimləri iştirak ediblər.

Tədbiri BRİH başçısının birinci müavini İ.Süleymanov giriş sözü ilə açıq elan edib, tədbirin mahiyyəti ilə bağlı məlumat verib. İ.Süleymanov bildirib ki, respublikamızda Prezident İlham Əliyevin diqqət və qayğısı ilə Hərbi Xidmətə Çağırış işinin təşkili və gənclərimizdə, eyni zamanda onların valideynlərində vətənpərvərlik hissi və vətən sevgisi ən yüksək həddə qərarlaşıb. Bildiyimiz kimi, Aprel döyüşləri zamanı minlərlə gənc ordu sıralarına yazılmaq üçün könüllü şəkildə müraciət edib, şəhid olan qəhrəmanlarımızın valideynləri “Vətən sağ olsun!” deyərək vətənə olan sevgilərini bildiriblər. Daha sonra çıxış üçün söz tədbir iştirakçılarına verilib. Çıxış edən SHXÇDX-nin Binəqədi rayon idarəsinin rəisi Novruz Rəhimov bildirib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində çalışmaq məsuliyyətli, eyni zamanda olduqca şərəflidir. Daha sonra çıxış edən Azərbaycan Qarabağ Müharibəsi əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin Binəqədi rayon şöbəsinin sədri İlham Qayıbzadə Qarabağ əlilləri adından Vətənpərvəlik sahəsində görülən işlərə görə Rayon rəhbərliyinə, eyni zamanda SHXÇDX –nin Binəqədi rayon idarəsinin əməkdaşlara minnətdarlığını bildirib və SHXÇDX –nin Binəqədi rayon idarəsinin rəisi Novruz Rəhimovu ictimai birliyin rəhbəri adından “Fədai” medalı ilə təltif edib. Çıxışlardan sonra xidməti fəaliyyətində əldə etdiyi uğurlara görə, Vətənpərvərlik sahəsində xidmətlərinə görə və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının VI ildönümü münasibətilə bir qrup şəxs fəxri fərmanlarla mükafatlandırılıb. Tədbirin sonunda çıxış edən BRİH başçısının birinci müavini İ.Süleymanov Xidmətin əməkdaşlarına şərəfli peşələrində uğurlar arzulayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti