...

Çaylarda suyun səviyyəsi dəyişib

Cəmiyyət Materials 8 Mart 2018 08:24 (UTC +04:00)
Çaylarda sululuq səviyyəsi dəyişib.
Çaylarda suyun səviyyəsi dəyişib

Bakı. Trend:

Çaylarda sululuq səviyyəsi dəyişib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-160, Kiçik Qafqazın çaylarında 150-270, Lənkəran-Astara çaylarında 10-80, Naxçıvan MR çaylarında isə 110 faizini təşkil edib.

Tranzit çaylarda son vəziyyətə gəlincə, Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb. Məntəqədə su sərfi 185 m3/s olmaqla ongünlük normanın 76 faizini təşkil edib. 2017-ci ildə isə bu rəqəm 187 m3/s olmaqla ongünlük normanın 77 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 52 m3/s olmaqla, ongünlük normanın 63 faizini təşkil edib. 2017-ci ildə isə bu göstərici 59 m3/s təşkil edərək ongünlük normanın 71 faizinə bərabər olub.

Kür çayının aşağı axınında son vəziyyətə gəlincə, Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra və Şirvan məntəqələrində 4, Salyanda və Bankədə 6, Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsində 5 sm azalma müşahidə olunub.

Surra məntəqəsində suyun səviyyəsi 367 sm (2017-ci il martın 05-də 410 sm), Şirvanda 229 sm (2017-ci il martın 05-də 285 sm), Salyanda 185 sm (2017-ci il martın 05-də 256 sm), Bankədə 186 sm (2017-ci il martın 05-də 203 sm), Araz çayının Novruzlu məntəqəsində isə 100 sm (2017-ci il martın 05-də 136 sm) təşkil edib.

Xəbər lenti

Xəbər lenti