...

Abituriyentlərə "Qarabağ"ın oyununa pulsuz bilet paylanacaq - Stress atmaq üçün

Cəmiyyət Materials 16 İyul 2018 15:34 (UTC +04:00)
"Qarabağ" futbol klubu abituriyentləri Çempionlar Liqasının oyununa dəvət edir.
Abituriyentlərə "Qarabağ"ın oyununa pulsuz bilet paylanacaq - Stress atmaq üçün

Bakı. Trend:

"Qarabağ" futbol klubu abituriyentləri Çempionlar Liqasının oyununa dəvət edir.

Trend-in məlumatına görə, iyulun 18-də 2018/2019-cu tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə I və IV ixtisas qrupları üzrə qəbul imtahanında iştirak edəcək abituriyenlər imtahana buraxılış və şəxsiyyət vəsiqəsi ilə iyulun 16-sı saat 17:00-dan etibarən Gənclik Mall-da yerləşən “iticket” kassalarına yaxınlaşaraq “Qarabağ” - “Olimpiya” matçına pulsuz bilet əldə edə bilərlər.

Ağdam təmsilçisi bununla abituriyentlərin stadionda "Qarabağ"a dəstək verərək imtahan stressini atmağına şərait yaradır.

Xatırladaq ki, Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Qarabağ" - "Olimpiya" (Sloveniya) matçı iyulun 18-i saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək. İlk qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti