...

Tibbi laboratoriyanın İSO 15189:2012 standartı üzrə akkreditasiyasına həsr edilmiş təqdimatı keçirilib (FOTO)

Cəmiyyət Materials 12 Noyabr 2019 11:40
Mərkəzi Gömrük Hospitalının tibbi laboratoriyasının İSO 15189:2012 standartı üzrə akkreditasiya olunmasına həsr edilmiş təqdimat keçirilib.
Tibbi laboratoriyanın İSO 15189:2012 standartı üzrə akkreditasiyasına həsr edilmiş təqdimatı keçirilib (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Noyabrın 8-də Mərkəzi Gömrük Hospitalının tibbi laboratoriyasının İSO 15189:2012 standartı üzrə akkreditasiya olunmasına həsr edilmiş təqdimat keçirilib. Tədbirdə Tibbi Xidmət İdarəsinin rəis müavini Şahlar Mirqasımov, Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov, Hospital rəisinin müalicə işləri üzrə müavini Bəxtiyar Musayev və həkimlər iştirak ediblər.

Tərbirdə laboratoriya rəisi Sevinc Gülmalıyeva qeyd edib ki, İSO 15189:2012 standartı Beynəlxalq Standartlaşdırma Təşkilatının tibbi laboratoriyaların fəaliyyətinin keyfiyyətinə və səlahiyyətliliyinə olan tələblərindən ibarətdir. 9 avqust 2019-cu il tarixində laboratoriya ümumi kliniki, biokimyəvi, immunoloji, seroloji, mikrobioloji sahələri üzrə İngiltərənin AB-CAB şirkəti tərəfindən İSO 15189:2012 standartına uyğun olduğu üçün akkreditasiyadan keçmiş və təşkilətın rəhbəri W.B. Huber tərəfindən keyfiyyət sertifikatı təsdiqlənib.

Mərkəzi Gömrük Hospitalının laboratoriyası Azərbaycanda fəaliyyət göstərən qabaqcıl kliniki-diaqnostik laborotariyalardan biridir. Umumi klinik, biokimyəvi, immunoferment, molekulyar (PZR) diaqnostik laborator analizlər beynəlxalq standartlara uyğun müasir analizatorlarda və peşəkar həkim laborantlar tərəfindən aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti