...

Dövlət qulluğuna hazırlaşan namizədlər də sınaq imtahanını pulsuz verəcək

Cəmiyyət Materials 30 Mart 2020 14:24 (UTC +04:00)
Dövlət qulluğuna hazırlaşan namizədlər də sınaq imtahanını pulsuz verəcək

Bakı. Trend:

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən koronavirus infeksiyası ilə əlaqədar ölkədə tətbiq olunan xüsusi karantin rejimi nəzərə alınaraq dövlət qulluğuna hazırlaşan namizədlərə dəstək göstərmək məqsədilə otk.az portalında yerləşdirilmiş dövlət qulluğu üzrə onlayn sınaq imtahanları (2 variant) iyul ayınadək ödənişsiz olacaq.

Mərkəzdən Trend-ə verilən məlumata görə, onlayn sınaq imtahanı vermək istəyənlər otk.az portalında qeydiyyatdan keçib və günün istənilən vaxtında biliklərini yoxlaya bilərlər. İmtahana buradan yazılmaq olar.

Onlayn imtahan başa çatan kimi imtahan nəticələrini əldə etmək, yenidən test tapşırıqlarına baxmaq, onları təhlil etmək, cavabları müqayisə etmək mümkündür.

Portalda qeydiyyatdan keçmək və imtahana yazılmaq qaydaları ilə “otk.az”da “Təlimatlar” bölməsində tanış olmaq lazımdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti