...

BNA: 65 yaşdan yuxarı avtobus sürücüləri xətdən çıxarılıb

Cəmiyyət Materials 10 Aprel 2020 15:49 (UTC +04:00)
Bakıda sərnişin avtobuslarında çalışan 65 yaşdan yuxarı sürücülər xətdən çıxarılıb.
BNA: 65 yaşdan yuxarı avtobus sürücüləri xətdən çıxarılıb

Trend-i buradan izləyin

Bakı. Samir Əli - Trend:

Bakıda sərnişin avtobuslarında çalışan 65 yaşdan yuxarı sürücülər xətdən çıxarılıb.

Trend-in məlumatına görə, bunu bu gün keçirilən onlayn mətbuat konfransında Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev deyib.

Onun sözlərinə görə, BNA sürücülərin koronavirusdan qorunması istiqamətində tədbirlər görür:

"Sürücü ilə sərnişin arasında arakəsmələrin yaradılması istiqamətində işlər görülür. Bilirsiniz ki, əhali ilə sıx əlaqədə olan sürücülər də risk qrupuna aiddir. Sürücülər hər gün tibbi yoxlanışdan keçirilir. Səhhətində problem olan sürücülər xətdən çıxarılır və evə göndərilir. Məsələn, "Bakubus" avtobuslarında 700 sürücü var. Əgər bir sürücüdə koronavirus aşkarlanarsa, 700 sürücü xətdən çıxarılacaq. Ona görə də sürücülərlə sərnişinlər arasında məsafə qorunmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti