...

Tələbələrin təhsil haqqı ilə bağlı müraciətləri gələn həftədən cavablandırılacaq - RƏSMİ

Cəmiyyət Materials 5 İyun 2020 14:25 (UTC +04:00)
Tələbələrin təhsil haqqının ödənilməsi ilə bağlı müraciətlərinə gələn həftədən cavab veriləcək Tələbələrin təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi ilə bağlı etdikləri müraciətlərininin nəticələri barədə məlumat növbəti həftədən etibarən verilməyə başlanacaq.
Tələbələrin təhsil haqqı ilə bağlı müraciətləri gələn həftədən cavablandırılacaq - RƏSMİ

Bakı. İlhamə İsabalayeva - Trend:

Tələbələrin təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi ilə bağlı etdikləri müraciətlərininin nəticələri barədə məlumat növbəti həftədən etibarən verilməyə başlanacaq.

Bu barədə Trend-ə Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hazırda ölkədə hər iki tələbədən biri dövlət hesabına oxuyur. Bununla belə, bu dövrdə təhsil haqqının ödənilməsi ilə bağlı tələbələrə əlavə dəstək məqsədilə e-teleb.edu.az portalı fəaliyyət göstərir, həmin portalda sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələr qeydiyyatdan keçərək 2020-ci ilin həm yaz, həm də payız semestrləri üçün təhsil haqqının dövlət tərəfindən ödənilməsi üçün müraciət edə bilər.

Müraciətlərin qəbulu 10 iyun tarixinə qədər davam edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti