...

Qarda yıxılaraq xəsarət alanların sayı artıb (ƏLAVƏ OLUNUB)

Cəmiyyət Materials 25 Fevral 2021 13:12 (UTC +04:00)
Qarda yıxılaraq xəsarət alanların sayı artıb (ƏLAVƏ OLUNUB)

Bakı. Samir Əli - Trend:

Fevralın 24-dən etibarən ümumilikdə 71 nəfər (38 kişi, 33 qadın) hava şəraiti ilə əlaqədar yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə verilən məlumata görə, yaralılardan 6-na yerində yardım göstərilib, digərləri xəstəxanaya çatdırılıb.

09:06

Bakıda qarlı havada yıxılaraq xəsarət alanların sayı 64 nəfərə çatıb.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend -ə verilən məlumata görə, fevralın 24-dən etibarən 35 kişi, 29 qadın hava şəraiti ilə əlaqədar yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılardan 5-nə yerində yardım göstərilib, digərləri xəstəxanaya çatdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti