...

Binə qəsəbəsində yol-piyada təhlükəsizliyi səviyyəsi artırılıb - BNA (FOTO)

Cəmiyyət Materials 26 May 2021 17:09 (UTC +04:00)
Binə qəsəbəsində yol-piyada təhlükəsizliyi səviyyəsi artırılıb - BNA (FOTO)

Bakı. Ceyhun Ələkbərov - Trend:

Binə qəsəbəsində yol-piyada təhlükəsizliyi səviyyəsinin artırılması istiqamətində ardıcıl tədbirlər davam etdirilir.

Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyindən (BNA) bildiriblər. Qeyd olunub ki, bu dəfə Əli İsazadə küçəsinin "Ədalət parkı"-nın qarşısından keçən hissəsində müvafiq tədbirlər görülüb.

Görülən tədbirlər çərçivəsində ərazidə svetofor obyektləri quraşdırılıb, müvafiq yol nişanları və nişanlanma xətləri təşkil edilib, nizamlanan eyni səviyyəli piyada keçidləri çəkilib, eyni səviyyəli piyada keçdilərinin önündə panduslar inşa olunub.

Nəticədə, kəsişmədə nəqliyyat axınları arasındakı mövcud konflikt nöqtələri aradan qaldırılıb, hərəkətin növbəliliyi təmin olunub və əlçatanlıq səviyyəsi artırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti