...

Teledərslərin iyunun 16-na olan cədvəli

Cəmiyyət Materials 15 İyun 2021 15:32 (UTC +04:00)
Teledərslərin iyunun 16-na olan cədvəli

Bakı. Trend:

“Mədəniyyət” və “ARB Günəş” telekanallarında yayımlanan “Dərs vaxtı” proqramının iyunun 16-na nəzərdə tutulan cədvəli açıqlanıb.

Bu barədə Trend-ə Təhsil Nazirliyindən məlumat verilib.

Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, mövzuları “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir. Çünki teledərslər şagirdlərə ən yaxşılardan öyrənmək üçün yaradılan əlavə və unikal imkandır.

Qeyd edək ki, “Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər keçirilmiş dərsləri Təhsil Nazirliyinin rəsmi yutub kanalı ilə yanaşı, “Dərs vaxtı”nın feysbuk səhifəsindən, eyni zamanda, videodərslər portalından (https://video.edu.az/) izləyə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti