...

Bu fənlər üzrə müəllim olmaq istəyənlərin vakansiya seçimi başlayır

Cəmiyyət Materials 11 Avqust 2021 11:01 (UTC +04:00)
Bu fənlər üzrə müəllim olmaq istəyənlərin vakansiya seçimi başlayır

Bakı. Elçin Mehdiyev – Trend:

Azərbaycan dili və ədəbiyyat, coğrafiya, ibtidai sinif və tarix fənləri üzrə vakansiya seçimi başlayır.

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, 2021-2022-ci tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqənin növbəti vakansiya seçimi mərhələsi 11 avqust saat 12:00-da başlayacaq.

Vakansiya seçimi Azərbaycan dili və ədəbiyyat, coğrafiya, ibtidai sinif və tarix fənləri üzrə həyata keçiriləcək. Seçimlərdə müvafiq fənlər üzrə 30 və daha yüksək bal toplamış şəxslər iştirak edə bilərlər.

Namizədlər 14 avqust saat 11:59-dək vakansiya seçimi edərək elektron ərizələrini təsdiqləməlidirlər.

Qeyd edək ki, namizədlər seçdiyi vakant yerə yerləşdikdən sonra həmin yerdən imtina etdiyi halda müsabiqənin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq.

Twitter: @ElchinMehdiyev

Məqalədə:
Xəbər lenti

Xəbər lenti