...

Britaniyada koronavirusa daha 29 612 nəfər yoluxub

Cəmiyyət Materials 12 Avqust 2021 05:54 (UTC +04:00)
Britaniyada koronavirusa daha 29 612 nəfər yoluxub

Bakı. Trend:

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 29 612 yoluxma halı qeydə alınıb.

Trend-in "Sinxua"ya istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümümi sayı 6 146 800 nəfərə çatıb.

Bildirilir ki, ötən sutkada koronavirusdan 104 nəfər, hazırkı dövrədək isə 130 607 nəfər vəfat edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti