...

Azərbaycanda 2 945 nəfər koronavirusa yoluxub, 32 nəfər vəfat edib

Cəmiyyət Materials 23 Avqust 2021 19:57 (UTC +04:00)
Azərbaycanda 2 945 nəfər koronavirusa yoluxub, 32 nəfər vəfat edib

Bakı. Trend:

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 945 yeni yoluxma faktı qeydə alınıb, 1 027 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Trend-ə verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 32 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 394 451 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 346 810 nəfər müalicə olunaraq sağalıb, 5 340 nəfər vəfat edib, aktiv xəstə sayı 42 301 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 10 079, ötən müddət ərzində isə ümumilikdə 4 329 920 test aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti