...

4 saylı Bakı DOST Mərkəzində Vətən müharibəsinin ildönümünə həsr olunmuş sərgi keçiriləcək

Cəmiyyət Materials 16 Sentyabr 2021 13:20 (UTC +04:00)
4 saylı Bakı DOST Mərkəzində Vətən müharibəsinin ildönümünə həsr olunmuş sərgi keçiriləcək

Bakı. Trend:

27 sentyabr-10 noyabr tarixlərində 4 saylı Bakı DOST Mərkəzində Vətən müharibəsinin birinci ildönümünə həsr olunmuş sərgi təşkil olunacaq.

Agentlikdən Trend-ə bildirilib ki, 44 gün davam edəcək sərginin keçirilməsində məqsəd Qarabağ müharibəsi əlilləri və Mərkəzdə yerləşən İnklüziv İncəsənət Məktəbinin əlilliyi olan tələbələrinin istedad və qabiliyyətlərinin cəmiyyətə tanıdılması, onların yaradıcılıq imkanlarına, cəmiyyətə inteqrasiyasına dəstək verilməsidir.

Vətən mövzusunda hazırlanan əl işlərindən ibarət əsərlərin satışından əldə olunan gəlirlər birbaşa olaraq həmin əsərlərin müəlliflərinə təqdim ediləcək.

Əl işlərini cəmiyyətə tanıtmaq istəyən qazilərimizi sərgidə iştirak etməyə dəvət edirik. Bunun üçün onlar şəxsiyyət vəsiqəsi ilə 4 saylı Bakı DOST Mərkəzində yerləşən İnklüziv İncəsənət Məktəbinə yaxınlaşaraq qeydiyyata alına bilərlər.

Qeydiyyat üçün son tarix: 23 sentyabr

Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov prospekti 31-03

İş qrafiki: Bazar ertəsi - cümə: 09:00-18:00

https://www.youtube.com/watch?v=6Swk6i4xRRU

Məqalədə:
Xəbər lenti

Xəbər lenti