...

Azərbaycanın əsas magistrallarının bəzi hissələri buz bağlayıb - AAYDA

Cəmiyyət 20 Yanvar 2022 15:49 (UTC +04:00)
Azərbaycanın əsas magistrallarının bəzi hissələri buz bağlayıb - AAYDA

Bakı. Humay Ağacanova - Trend:

Azərbaycanın əsas magistrallarının bəzi hissələri buz bağlayıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) Trend-ə verilən məlumata görə, hazırda yağıntı davam edir.

Bakı - Şamaxı avtomobil yolunun 65-104 kilometrlik və yolun Qobustan rayonu ərazisindən keçən hissəsi, Giləzi - Xızı avtomobil yolunun, o cümlədən İsmayıllı-Qəbələ avtomobil yolunun bəzi hissələri buz bağlayıb. Yolların buz bağlamış hissələrində buzlaşmaya qarşı müvafiq tədbirlər görülür, qum-duz səpilir, yolda nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması istiqamətində işlər davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti