...

Bakıda daha bir küçə təmir edilib (FOTO/VİDEO)

Cəmiyyət Materials 25 Fevral 2022 15:41 (UTC +04:00)
Bakıda daha bir küçə təmir edilib (FOTO/VİDEO)

Bakı. Fərid Zöhrabov - Trend:

İlkin mərhələdə aidiyyəti qurumlarla koordinasiyalı şəkildə fəaliyyət nəticəsində küçə boyu kommunikasiya xətlərinin yenilənməsi işləri icra olunub.

Trend-in məlumatına görə, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bakı Nəqliyyat Agentliyinin təqdim etdiyi layihəsi əsasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən aparılan təmir işlər zamanı küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, 6000 kv.m sahədə hərəkət hissədə asfaltlanma işləri icra olunub.

Əsaslı təmir zamanı yararsız səki daşları sökülərək 1580 p/metr uzunluğunda yeni beton və mərmər səki daşları ilə əvəz edilib, 130 p/metr bardür bərpa olunub, 4731 kv.metr sahədə isə yeni piyada səkiləri yaradılıb, həmçinin zəruri yerlərdə xüsusi qabarıq formalı eyni səviyyəli piyada keçidləri təşkil edilib. Sadalanan işlər küçə boyu piyadaların rahat və təhlükəsiz hərəkətini təmin edib.

Avtonəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkətinin təşkili üçün küçədə əlilliyi olan şəxslər də nəzərə alınmaqla xüsusi parklanma yerləri təşkil edilib, taksi duracaqları yaradılıb, yolcizgi və yolgöstərici xətlərin çəkilişi işləri icra olunub.

Bu işlərə paralel olaraq səth sularının normal kənarlaşdırılmasını təmin etmək məqsədi ilə yağış-kanalizasiya sistemi bərpa olunaraq işlək vəziyyətə salınıb, küçə boyu yeni yağış barmaqlıqları, həmçinin yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq yeni baxış qapaqları qoyulub.

Təqdim edilmiş layihə əsasında, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən “İnşaat Norma və Qaydaları”na uyğun şəkildə aparılmış təmir işləri heç şübhəsiz ki, həm sürücülərin, həm də piyadaların ürəyincə olacaq.

Əsaslı təmir işləri mərhələli şəkildə 462 metr uzunluğa malik Məhəmməd Naxçıvani küçəsində, həmçinin Bəsti Bağırova və Məhəmməd Naxçıvani küçələri ilə kəsişən Giləzi (110m), Murtuza Muxtarov (329m), Cabbar Qaryağdıoğlu (188m), Mirzə Fətəli Axundov (119) və Mustafa Sübhi (119m) küçələrində də aparılacaq.

Xatırladaq ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən İnvestisiya Proqramları çərçivəsində son 3 il ərzində Yasamal rayonu ərazisində 20 km-dən çox uzunluğa malik küçə əsaslı şəkildə təmir edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti