Bakı. Trend:
Qida zəhərlənməsi şübhəsi ilə Kliniki Tibbi Mərkəzə (KTM)
yerləşdirilən 2 azyaşlıdan birinin həyatını xilas etmək mümkün
olmayıb.
Mərkəzin Mətbuat xidmətindən
Trend-ə verilən məlumatına görə, uşaqlar bu gün Saatlı Rayon
Mərkəzi Xəstəxanasının göndərişi ilə KTM-ə gətirilib.
Dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə
12:45-də Mərkəzə yerləşdirilən uşaqlardan biri 2019-cu il
təvəllüdlü X.F 13:08-də vəfat edib. Digəri 2013-cü il təvəllüdlü
M.F reanimasiyaya yerləşdirilib, vəziyyəti ağır olaraq
qalmaqdadır.
Ehtimal olunur ki, uşaqlar pomidor turşusunun suyunu içiblər.