...

Uçquna görə bağlanan Lahıc yolunun bərpasına başlanılıb

Cəmiyyət Materials 14 Aprel 2022 09:54 (UTC +04:00)
Uçquna görə bağlanan Lahıc yolunun bərpasına başlanılıb
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi İsmayıllı-Lahıc yolunda baş verən uçqunla bağlı məlumat yayıb.

Agentlikdən Trend-ə verilən məlumata görə, bu gün səhər saatlarında İsmayıllı-Lahıc avtomobil yolunun 17-18-ci km-lik hissəsində yolun hərəkət hissəsinə qaya parçaları tökülüb.

"Dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin xüsusi təyinatlı texnikaları və canlı qüvvəsi cəlb edilib. Yolun hərəkət hissəsinə tökülmüş qaya parçalarının kənarlaşdırılması istiqamətində aparılan işlər yaxın dəqiqələrdə başa çatdırılaraq yol boyu hərəkət bərpa olunacaq",- məlumatda deyilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti