...

Azərbaycanda yaxın zamanlarda güclü zəlzələ gözlənilmir - AÇIQLAMA

Cəmiyyət Materials 5 Oktyabr 2022 10:46 (UTC +04:00)
Azərbaycanda yaxın zamanlarda güclü zəlzələ gözlənilmir - AÇIQLAMA
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı. Trend:

Bu gün yerli vaxtla saat 04:21-də Naxçıvan stansıyasından 80 km cənub-qərbdə İran ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ Naxçıvan MR-da 5-3 bala qədər hiss olunub.

Hadisə ilə bağlı Trend-ə açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli deyib ki, Azərbaycanda hər gün zəif yeraltı təkanlar olur və bu təbii prosesdir.

"Qeydə alınan zəlzələrin çoxu hiss olunmur. Ölkəmizdə yaxın zamanlarda dağıdıcı zəlzələ ehtimalı yoxdur", - deyə Q.Yetirmişli bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti