Bakı. Trend:
11 noyabr 2022-ci il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının, Nəsil Qrup MMC və Ascent MMC şirkətlərinin birgə təşkilatçılığı ilə “Sidik yolları infeksiyalarının diaqnostikası və müalicəsinə kompleks yanaşma” mövzusunda Elmi Konfrans həyata keçiriləcək.
Konfrans zamanı yüksəkixtisaslı mütəxəssislər tərəfindən sidik yolları infeksiyalarının diaqnostika və müalicəsi ilə bağlı tibbin ən son yeniliklərini özündə əks etdirən məruzələr təqdim ediləcək, sual-cavab və müzakirələr təşkil ediləcək.
Konfrans proqrama uyğun olaraq laborant, virusoloq, mikrobioloq, uroloq, infeksionist, uşaq cərrahı, histomorfoloq ixtisasına malik həkimlər və rezidentlər üçün nəzərdə tutulmuşdur. Proqramın 80 faizini tamamlayan hər bir iştirakçıya 6 DTT balı və sertifikat veriləcək.
Tədbir əyani olaraq saat 13:30-dan 18:00-dək Mərkəzi Gömrük Hospitalının akt zalında, distant olaraq ZOOM platformasında həyata keçiriləcək.
Tədbirdə əyani iştirak yalnız dəvət əsasında ödənişsizdir, distant iştirak üçün ödəniş isə 20 AZN təşkil edir.
Yerlər məhdud olduğu üçün qeydiyyatdan keçmək MÜTLƏQDİR!
Proqramla tanış olmaq üçün linkə keçid edə biləriniz: https://customshospital.az/11-noyabr-sidik-yollari-infeksiyalarnin-diaqnostikasi-ve-mualicesine-kompleks-yanasma-movzusunda-elmi-konfrans/#gsc.tab=0
Qeydiyyatdan keçmək üçün link: https://forms.gle/odrc6pQhvqd1rFPb6