...

ETSN əhaliyə xəbərdarlıq etdi, yollar buz bağlayacaq

Cəmiyyət Materials 19 Dekabr 2022 12:02 (UTC +04:00)
ETSN əhaliyə xəbərdarlıq etdi, yollar buz bağlayacaq
Samir Əli
Samir Əli
Bütün xəbərlər

Bakı. Trend:

Ekologiya və Təbii Sərvətlər Nazirliyi havanın dəyişəcəyi barədə xəbərdarlıq edib.

Nazirliyin Milli Hidrometeorologiya Xidmətindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 19-u axşamdan başlayaraq 21-i səhərədək hava şəraitinin qısa müddətə dəyişəcəyi, şimal-qərb küləyinin sürətinin 15-20 m/s, arabir 23-28 m/s, yarımadanın bəzi yerlərində arabir 30-33 m/s-dək güclənəcəyi gözlənilir. Dekabrın 20-si gün ərzində hava arabir yağıntılı olacaq, havanın temperaturu gecə və gündüz 2-5 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında dekabrın 19-dan 20-ə keçən gecə şimal və qərb rayonlarından başlayaraq dekabrın 21-i gündüzədək ölkə ərazisində hava şəraitinin qısa müddətə dəyişəcəyi, arabir yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, bəzi yerlərdə intensivləşəcəyi gözlənilir. Qərb küləyinin sürəti arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 25-30 m/s olacaq. Havanın temperaturunun dağlıq və dağətəyi rayonlarda gecə 10-15 dərəcə, gündüz 3-8 dərəcə şaxta olacağı, Aran rayonlarında isə gecə saatlarında 0 dərəcəyə yaxınlaşacağı gözlənilir.

Dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq, duman olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti