...

Azərbaycan seysmoloqları Türkiyədəki tədqiqatın nəticələrini AFAD-a göndərəcək

Cəmiyyət Materials 19 Aprel 2023 14:45 (UTC +04:00)
Azərbaycan seysmoloqları Türkiyədəki tədqiqatın nəticələrini AFAD-a göndərəcək
Fərid Zöhrabov
Fərid Zöhrabov
Bütün xəbərlər

Bakı: Trend.

Respublika Seysmoloji Xidmət Mərkəzi Türkiyədə zəlzələ bölgəsində apardığı tədqiqatın nəticələrini Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyinə (AFAD) göndərəcək.

Trend xəbər verir ki, bunu AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli deyib.

“Ərazidə qırılmaların, seysmikliyin tədqiqatını apardıq. Əsas Kahramanmaraşın Pazarcıq deyilən ərazisində tədqiqatlara başladıq. Ən çox dağıntı, fəlakət də orada olmuşdu.

Biz Türkiyənin zəlzələ bölgəsində apardığımız tədqiqatların nəticələrini AFAD-a təqdim edəcəyik”, - deyə o qeyd edib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 və 7.6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Zəlzələdə ölənlərin sayı 50 min 500-ə çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti