...

İnsanlar gedib evlərində rahat yatsınlar, heç bir qorxusu yoxdur - Qurban Yetirmişli

Cəmiyyət Materials 4 İyul 2023 02:40 (UTC +04:00)
İnsanlar gedib evlərində rahat yatsınlar, heç bir qorxusu yoxdur - Qurban Yetirmişli
Asif Mehman
Asif Mehman
Bütün xəbərlər

Bakı. Trend:

Zəlzələnin ocağı 65 kilometr dərinlikdədir, bunun heç bir qorxusu yoxdur.

Bunu Trend-ə açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, yenidən zəlzələ baş verəcəyi barədə söylənilənlər şayiələrdir, bunları bəzi adamlar sosial şəbəkələrdə yayırlar.

"Bunların hamısı absurddur. Kiçik təkanlar var və olmalıdır, yəni afterşoklar, enerji boşalamaları gedir. Güclü təkanlar olub və cihazlar bunları qeydə alıb. Amma 5,5 maqnitudada baş verən zəlzələnin təkrarlanması ehtimalı yoxdur. Amma ola bilsin, arada 3 maqnitudada, hiss edilən zəlzələ baş versin. Bəlkə də heç olmayacaq.

İnsanlara mənim adımdan, rəsmi olaraq çatdırın ki, heç bir təxriibata, yazılan şayiələrə inanmasınlar. Gedib evlərində rahat yatsınlar. Qorxulu heçnə yoxdur", - Q.Yetirmişli qeyd edib.

Xatırladaq ki, Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, Xəzər dənizində, Azərbaycan sahillərində 5,5 bal gücündə zəlzələ baş verib.

Yeraltı təkanlar bir sıra rayonlardan və Bakıda hiss edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti