...

Qurban Yetirmişli: Zəlzələ daha çox şimal rayonlarında hiss olunub

Cəmiyyət Materials 4 İyul 2023 11:17 (UTC +04:00)
Qurban Yetirmişli: Zəlzələ daha çox şimal rayonlarında hiss olunub

Bakı. Trend:

Zəlzələ daha çox şimal rayonlarında hiss olunub.

Trend xəbər verir ki, bunu bu gün Xəzər dənizində baş vermiş zəlzələyə dair keçirilən mətbuat konfransında Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, təkanın baş verməsi 10 saniyədən biraz çox olub. Bu təhlükə yaratmayıb. Heç bir fəsad və dağıntı olmayıb.

Qeyd edək ki, gecə saatlarında Quba, Xaçmaz, Şabran, Siyəzən 6 bala yaxın, Sumqayıt, Abşeron yarımadası və ona yaxın ərazilərdə 5-4 bal, Xəzər dənizində, Azərbaycan sahillərində 5,5 bal gücündə zəlzələ baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti