...

30 ildən çox işləyən rektorlar var - Etibar Əliyev

Cəmiyyət Materials 14 İyul 2023 11:36 (UTC +04:00)
30 ildən çox işləyən rektorlar var - Etibar Əliyev
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

"Təhsil haqqında" qanuna görə universitet rektorları 5 il müddətinə təyin olunmalıdır. Rektorların əksəriyyəti isə 10 il müdəti ötüb. Digərləri isə bu müddətə yaxınlaşırlar.

Trend xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Etibar Əliyev deyib.

O bildirib ki, "Təhsil haqqında" qanunun tətbiqi çox vacibdir: "32 il, 20 ildən çox işləyən rektorlar var. 30 ildən çoxdur ki, müstəqillik qazanmışıq, bir universitet məşhur reytinqlərdə yer almayıb", - deyə o qeyd edib.

Qeyd edək ki, bu gün Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçirilir. İclasın gündəliyinə 19 məsələ daxildir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti