...

AAYDA son həftədə görülən işlər barədə məlumat açıqladı

Cəmiyyət Materials 7 Avqust 2023 17:03 (UTC +04:00)
AAYDA son həftədə görülən işlər barədə məlumat açıqladı

Bakı. Trend:

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən cari ilin iyulun 31-dən avqustun 7-dək olan müddətdə respublika ərazisində yol tikintisi və təmiri sahəsində görülən işlər barədə məlumat açıqlanıb.

Agentlikdən Trend-ə bildirilib ki, həmin müddət ərzində Bərdə-Ağdam avtomobil yolunun tikintisi yekunlaşır, paytaxtın Nərimanov rayonunda Kazım Kazımzadə küçəsi əsaslı şəkildə təmir edilib, Heydər Əliyev prospektində yeni istiqamətverici lövhələrin quraşdırılması davam edir.

Həmçinin Bakı şəhərinin Nərimanov rayonunda Firdovsi Məmmədov küçəsi təmir olunub və M1 magistral avtomobil yolunun bir hissəsində təmir-bərpa işlərinə başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti