...

Avqustun 12-dək ölkə ərazisində bəzi yerlərdə 42-44 dərəcə isti olacağı gözlənilir

Cəmiyyət Materials 8 Avqust 2023 03:42 (UTC +04:00)
Avqustun 12-dək ölkə ərazisində bəzi yerlərdə 42-44 dərəcə isti olacağı gözlənilir

Bakı. Trend:

Avqustun 8-dən 12-dək Bakıda və Abşeron yarımadasında havanın maksimal temperaturunun 35-40° isti olacağı gözlənilir.

Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Avqustun 8-dən 12-dək havanın maksimal temperaturunun Naxçıvan Muxtar Respublikasında və aran rayonlarında 35-40°, bəzi yerlərdə 42-44°, dağlıq rayonlarda 28-33° isti olacağı proqnozlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti