...

Azərbaycanda sərxoş sürücülər dörd nəfərin ölümünə səbəb olub

Cəmiyyət Materials 11 Avqust 2023 13:06 (UTC +04:00)
Azərbaycanda sərxoş sürücülər dörd nəfərin ölümünə səbəb olub
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanda nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 16 hadisə baş verib, nəticədə, 4 nəfər həlak olub, 18 nəfər yaralanıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, hadisələrin 13-ü minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.

Ümumilikdə qeyd olunan müddət ərzində ölkə ərazisində 780 və ya 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 4,5 faiz az yol-nəqliyyat hadisəsi baş verib.

Bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 4,8 faiz azalaraq 1056 nəfər olub. Onlardan 387-si həlak olub, 669-u isə yaralanıb. Hadisələrin 44,3 faizi gündüz, 39,4 faizi gecə, 16,3 faizi isə toran vaxtı baş verib, 29,2 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti