...

Qarabağda mina axtaran itlərlə gündə bu qədər ərazi təmizlənir

Cəmiyyət Materials 23 Avqust 2023 13:24 (UTC +04:00)
Qarabağda mina axtaran itlərlə gündə bu qədər ərazi təmizlənir
Elçin Mehdiyev
Elçin Mehdiyev
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda ərazilərin minalardan təmizlənməsində xüsusi təlim keçmiş itlərdən də istifadə edilir.

Trend-in məlumatına görə, bunu Kinoloji qrpun təlimatçısı, gizir Məqsəd Məmmədov deyib.

O bildirib ki, gün ərzində iki baş itlə 800-1200 kvadrat ərazi təmizlənir.

“Bəzən bunlar hava şəraitinə görə dəyişə də bilər. Bu günə kimi işğaldan azad olunmuş ərazilərdə mina axtaran itlərin fəaliyyəti çox böyük olub. Havaların isti keçməsinə baxmayaraq, təlimatçılar və itlərin köməyi ilə işlərimizi sürətlə davam etdiririk”, - deyə o əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti