...

Qubada maşın çaya düşdü - Ölən var (FOTO)

Cəmiyyət Materials 5 Sentyabr 2023 09:45 (UTC +04:00)
Qubada maşın çaya düşdü - Ölən var (FOTO)

Bakı. Trend:

Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Trend xəbər verir ki, hadisə rayonun İkinci Nügədi kəndi ərazisində qeydə alınıb.

Belə ki, "Hyundai" markalı nəqliyyat vasitəsi idarəetməni itirərək, Qaraçay çayına düşüb.

Qəza nəticəsində maşındakı Göyçay sakini olan qadın sərnişin dünyasını dəyişib. Sürücü və başqa bir sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti